Bəzi rayonlara leysan yağıb, güclü külək əsib
Yeniliklərdən dərhal xəbərdar olun
Saat 10:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Ağstafada 9, Şahdağda 6, Tovuzda 3, Qubada 2, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə 1 mm-dir.
Qeyd olunub ki, ötən gün axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Ağstafada 25, Şəmkir və Tovuzda 20 m/s dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...