Sabirabadda arvadın ərini döyməsi ilə bağlı detallar məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda kişinin arvadı tərəfindən döyülməsinin detalları məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində nazirliyin "102 Xidməti-Zəng Mərkəzinə" müraciət edərək həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.
Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır.
*** 09:30
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...