İrəvanda həbs edilmiş Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb
İstintaq Ermənistanda həbs edilmiş "Taşir" Şirkətlər Qrupunun sahibi Samvel Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i vəkillərə istinadən məlumat yayıb.
"Samvel Karapetyana bu günlərdə yeni, yenə də əsassız, heç bir faktiki məlumat təqdim edilmədən "bir neçə şirkətin fəaliyyəti nəticəsində əldə edilmiş pulların yuyulması" ittihamı irəli sürülüb. Aydındır ki, son illərdə Ermənistanda "çirkli pulların yuyulması" ən geniş yayılmış ittiham olub və sistematik olaraq yalnız siyasi cəza kontekstində istifadə edilir", - Karapetyanın Müdafiəsi üzrə Şuradan bildiriblər.
Oxşar xəbərlər
Yunanıstanda meşə yanğınları başlayıb
Yunanıstanın Salamina adasında, Volos və Attika bölgələrində meşə yanğınları baş verib. BAKU.WS xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib...