İsrailin Qəzzadakı limana endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin pilotsuz uçuş aparatı ilə Qəzza şəhəri yaxınlığındakı liman zonasına endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla, 6 nəfər ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera Arabic" tibbi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, zərbə Qəzzanın qərbindəki limanda yerləşən yerli kafeyə endirilib. Nəticədə həmçinin 10 nəfər yaralanıb, onlar şəhərdəki Əl-Şifa xəstəxanasına yerləşdiriliblər.
Daha əvvəl İsrail Müdafiə Ordusundan bildirilib ki, zərbənin hədəfi HƏMAS radikal Fələstin qruplaşmasının nümayəndəsi olub.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...