İran Məkkə müqaviləsinə necə baxır?
"Artıq on gündür ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış "Məkkə birgə müdafiə müqaviləsi" istər region, istərsə də dünya gündəminin başlıca mövzularından birini təşkil edir. Ötən gün ABŞ Prezidenti Donald Tramp da müqaviləyə münasibətini bildirərək, onu alqışlayıb və böyük bir addım kimi dəyərləndirib".
Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Pakistanın baş naziri Şahbaz Şərif Trampın açıqlamasını paylaşaraq, ona təşəkkürünü bildirib və müqavilənin həm üzv ölkələrin, həm də bütövlükdə regionun müdafiəsində konstruktiv rol oynayacağını vurğulayıb.
Məkkə müqaviləsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Donald Trampla ötən gecə baş tutmuş telefon danışığının da əsas mövzusu olub. Həmçinin Türkiyə prezidenti ötən gün "Əl-Cəzirə" telekanalına müsahibəsində Məkkə müqavilə ilə bağlı mühüm məqamlara işarə edib və onun dünyaya önəmli bir mesaj olduğunu söyləyib.
Müqavilə barədə beynəlxalq mediada dərc olunan və ən müxtəlif mövqelərdən yazılan təhlillərin isə, necə deyərlər, sayı-hesabı yoxdur. Amma müqavilənin imzalandığı gündən bəri istər siyasətçilərin, istərsə də təhlilçilərin ən çox diqqət yetirdiyi məsələ sənədin İranla əlaqəsi məsələsidir. Sazişi imzalayan tərəflər onun İrana qarşı yönəlmədiyini açıq şəkildə ifadə etsələr də, bir çox ekspertlər onun İran əleyhinə işləyəcəyini əsaslandırmağa çalışırlar. Maraqlıdır ki, İranın özündə müqavilə kifayət qədər sakit yanaşma üstünlük təşkil edib, hətta onu müsbət qiymətləndirənlər də az olmayıb. Doğrudur, müqavilənin arxasında İrana qarşı hansısa gizli niyyətlərin və potensial təhdidlərin durduğunu deyənlər də var, amma bütövlükdə üç böyük müsəlman ölkəsinin birgə müdafiə barədə anlaşması Tehranda daha çox İran üçün təhlükə kimi deyil, regionun təhlükəsizlik arxitekturasında əhəmiyyətli dəyişiklik kimi qarşılanıb", - deyə materialda qeyd edilib.
Oxşar xəbərlər
İran Hörmüz boğazının açılması üçün şərtləri açıqladı
ABŞ memorandumun şərtlərini yerinə yetirənə qədər Hörmüz boğazı açılmayacaq. Hörmüz boğazı ABŞ-ın blokadanı ləğv etməsi, dondurulmuş aktivlərin açılması və neft...