Binəqədi rayonundakı güclü YANĞIN SÖNDÜRÜLÜB
Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə baş vermiş yanğın tam söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
***14:24
Binəqədi rayonunda istifadə olunmayan tikilidə baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
BAKU.WS-in məlumatına görə, hadisə yerində yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.
***12:53
Binəqədi rayonunda güclü yanğın başlayıb.
BAKU.WS-in məlumatına görə, hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Ərazidən görünrtüləri təqdim edirik:
Oxşar xəbərlər
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
Sumqayıtın Corat qəsəbəsində ərinin həyat yoldaşını qətlə yetirməsi ilə bağlı hadisənin bəzi təfərrüatı məlum olub. BAKU.WS "Azad Azərbaycan" (ATV) telekanalına...