2 mindən çox insan toya gəldi - Bəylə gəlin başqası oldu

2 mindən çox insan toya gəldi - Bəylə gəlin başqası oldu
Şou-biznes 5498

Futbol ulduzu Kriştiano Ronaldo ilə bağlı yayılan toy xəbəri Madeyrada maraqlı anlaşılmazlığa səbəb olub.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, Ronaldonun sevgilisi Corcina Rodrigeslə bu həftəsonu doğma şəhəri Madeyrada yerləşən Funşal Katedralında evlənəcəyi iddia edilib. Bu xəbərə inanan 2 mindən çox azarkeş kilsənin qarşısına toplaşıb.

Lüks "Rolls-Royce" avtomobili kilsənin qarşısına gələndə isə izdiham daha da böyüyüb. Fanatlar avtomobildəki qadının Corcina olduğunu düşünərək maşını mühasirəyə alıblar.

Lakin qısa müddət sonra məlum olub ki, avtomobildəki qadın Corcina Rodriges deyil. Bu, Fransada yaşayan və doğma şəhərlərində evlənmək üçün Madeyraya gələn Fatimə Nikol Kunha Teyşeyra olub. O, Fabio Ramosla ailə qurub.

Toy mərasiminə gələn qonaqların izdihamın arasından keçməkdə çətinlik çəkdiyi bildirilib. Katedralın keşişi Markuş Qonsalves də cütlüyün Ronaldo və Corcina ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.

Hadisəyə Kriştiano Ronaldonun özü də münasibət bildirib. Yerli "Jornal da Madeira" qəzetinin izdihamın görüntülərini paylaşdığı posta futbolçu beş gülüş emojisi ilə şərh yazıb.

Qeyd edək ki, Kriştiano Ronaldo və Corcina Rodriges 2016-cı ildən münasibətdədir. Cütlük 2025-ci ilin avqustunda nişanlandıqlarını açıqlayıb. Onların toyunun vaxtı və yeri ilə bağlı isə rəsmi məlumat verilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

GÜLAY "Vur ürəyim"i təqdim etdi

GÜLAY "Vur ürəyim"i təqdim etdi

Müğənni GÜLAY yeni layihəsini təqdim edib. BAKU.WS xəbər verir ki, sənətçi "Vur ürəyim" adlı mahnısını klipi ilə birlikdə dinləyicilərin ixtiyarına verib. Mahn...

260 Şou-biznes 13:28 11 sentyabr 2026

Son xəbərlər