"Krallar kimi yatmağ"ın qiyməti 200 dollardan başlayır
Böyük Britaniya Kral ailəsinin Milad bayramlarını keçirdiyi Sandrinqem mülkünün ərazisində yerləşən tarixi su qülləsi bərpa olunaraq kirayəyə verilib.
BAKU.WS xəbər verir ki, Londonun təxminən 160 kilometr şimalında, Norfolk bölgəsində yerləşən və 150 ildən çox tarixi olan tikili əsaslı təmirdən sonra ilk dəfə olaraq ziyarətçilərin istifadəsinə təqdim olunub.
İnşa edildiyi 1877-ci ildən bu yana ilk dəfə yaşayış və qonaqlama məqsədilə qapılarını açan su qülləsində qalmaq istəyənlər üçün qiymətlər tarixlərə görə dəyişir.
Rəsmi veb-saytda iki nəfərlik birgecəlik qalma xərci təxminən 200 dollardan başlasa da, tələbat çox olan tarixlərdə iki gecəlik qonaqlama qiyməti 2179 dollara qədər yüksəlir.
Sandrinqem mülkü Merhum Kraliça II Elizabetdan sonra hazırda Kral III Çarlzın şəxsi mülkiyyətində olan iki ərazidən biridir.
Kral ailəsi hər il Milad bayramını məhz bu mülkdə bir araya gələrək qeyd edir.
Sandrinqem mülkü son zamanlar təkcə turizm yenilikləri ilə deyil, həm də Kral ailəsindəki qalmaqallarla gündəmə gəlir.
Cefri Epşteyn ilə əlaqələri üzə çıxdıqdan sonra 2025-ci ilin oktyabrında Kral III Çarlz tərəfindən bütün kral titulları əlindən alınan keçmiş şahzadə Endryunun yeni yaşayış yeri olaraq məhz bu mülk seçilib.
Uzun illər yaşadığı "Royal Lodge" mənzilini tərk etmək məcburiyyətində qalan Endryunun Sandrinqem ərazisindəki "Marsh Farm" malikanəsinə köçdüyü bildirilir.
Qalereya
Oxşar xəbərlər
İran Məkkə müqaviləsinə necə baxır?
"Artıq on gündür ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış "Məkkə birgə müdafiə müqaviləsi" istər region, istərsə də dünya gündəminin baş...