İran Hörmüz boğazının açılması üçün şərtləri açıqladı

İran Hörmüz boğazının açılması üçün şərtləri açıqladı
Dünya 16

ABŞ memorandumun şərtlərini yerinə yetirənə qədər Hörmüz boğazı açılmayacaq. Hörmüz boğazı ABŞ-ın blokadanı ləğv etməsi, dondurulmuş aktivlərin açılması və neft sanksiyalarının ləğvi də daxil olmaqla ABŞ-İran memorandumunun şərtlərini yerinə yetirənə qədər bağlı qalacaq.

BAKU.WS xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib.

"Hörmüz boğazı blokada qaldırılana, dondurulmuş aktivlər açılana, neft embarqosu qaldırılana, bütün cəbhələrdə təhdidlər və hərbi əməliyyatlar dayandırılana və memorandumun digər şərtləri yerinə yetirilənə qədər açılmayacaq", - deyə siyasətçi vurğulayıb.

Həmçinin, Qalibaf onu da əlavə edib ki, memorandum çərçivəsində əldə edilən atəşkəs razılaşması İrana iqtisadi dayanıqlığını gücləndirməyə və müdafiə potensialını bərpa etməyə imkan verib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp, Hörmüz boğazına nəzarət üzərində Vaşinqtonun yolunda dayanarsa, Omanı vurmaqla hədələmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər