Stadionda 27 yaşlı oğlanın ölməsinin ANBAAN GÖRÜNTÜLƏRİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən stadionda ölüm hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, futbol matçının bitməsinə təxminən 15 dəqiqə qalmış meydana çıxan Bakı sakini 27 yaşlı Xəyal İbadov meydançada həyatını itirib.
Stadionun inzibatçısı Abdulla Şahverdiyev deyib ki, həmin şəxslər abunəlik sisteminə qoşularaq həftədə bir dəfə gəlib futbol oynayırlar. Həmin şəxs futbol oynayanlarla gəlib və oyunun qurtarmasına az qalmış meydana çıxıb, orada həyatını itirib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi müvafiq araşdırmaların nəticəsindən sonra müəyyənləşəcək.
Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...