Aysel Əlizadə: “Həyatın bizə nə bəxş edəcəyini əvvəldən bilmək olmur"

Aysel Əlizadə:  “Həyatın bizə nə bəxş edəcəyini əvvəldən bilmək olmur
Foto
Şou-biznes 330

“Qismət həyatımızın əvvəldən yazılması demək deyil. Buna görə “Nə edək, taleyimiz belədir” deyib boyun əymək cəhalət göstəricisidir. Qismət yolun hamısını deyil, yalnız yol ayrımlarını göstərir”.

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkə hesabında yazıb. Sənətçi bəzən insanın arzularının heç gözləmədiyi anda həyata keçdiyini bildirib. Aysel yeni fotolarını yayımlayaraq statusuna bunları da əlavə edib:

”Yol müəyyəndir, ama bütün döngələr səyahətçinin seçimindən asılıdır. Yəni nə həyatının hakimisən, nə də həyat qarşısında acizsən... Həyatın bizə nə bəxş edəcəyini əvvəldən bilmək olmur. Ən böyük sevinclər isə onları ən az gözlədiyimiz zaman baş verir, bunu da unutmadan yazım. Odur ki, hakim olmayaq, aciz də olmayaq...” - deyə Əlizadə qeyd edib.

Son xəbərlər