Sağlam Ailədən Milli Mətbuat Gününə özəl endirim kampaniyası!

Milli mətbuatın 150 illiyi münasibətilə Sağlam Ailə Tibb Mərkəzi 15-31 iyul tarixlərində mətbuat işçiləri və onların ailə üzvləri üçün poliklinik və laborator müayinələrə 20% endirim kampaniyasına start verib.
Bu təşəbbüs jurnalistlərin cəmiyyətdəki mühüm rolunu vurğulamaq və onların sağlamlığını dəstəkləmək məqsədi daşıyır.
Kampaniya ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 910 çağrı mərkəzinə zəng edə və ya (055) 4000 910 WhatsApp nömrəsinə yaza bilərsiniz.
Həmçinin, Sağlam Ailə Tibb Mərkəzinin sosial media hesabları vasitəsilə də müraciət edə bilərsiniz. 2003-cü ildən fəaliyyət göstərən Sağlam Ailə Tibb Mərkəzinin əsas məqsədi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.
TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriyaya və ISO 9001:2015 keyfiyyət standartına malik olan Mərkəz, peşəkar heyəti ilə vətəndaşlara yüksək keyfiyyətli tibbi xidmətlər təqdim edir.
Oxşar xəbərlər
"Azərbaycan Uşaq Qaynar Xətti" 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə (AUQX) 2025-ci ilin yanvar-iyun ayları ərzində 2173 müraciət daxil olub. Müra...