SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Ələt körpüsündə baş verən dəhşətli qəza kameraya düşüb.

"Mercedes" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq dovşan satan oğlanla söhbət edir. Görünür ki, dovşan almaq istəyir. Bu zaman hərəkətdə olan "Kamaz" markalı yük maşını onun avtomobilinin üstündən keçir.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/incident/69891


Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.

Azərbaycanın dövlət himninin ifası zamanı qürurverici görüntülər ortaya çıxıb. Prezident ailəsi və açılış mərasimində iştirak edənlər himni bir nəfər kimi ifa edib.

Videoya bu linkdən baxa bilərsiniz - https://baku.ws/lifestyle/69908


Bu günlərdə sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliyin aşkarlanması, həmin kəndlərdə karantin elan edilməsi barədə məlumatlar yayılıb. İddia olunur ki, xüsusilə azyaşlıların bədənində yaralar yayılır, hətta qulaqlarından qan gəlir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu məlumatların heç bir əsası yoxdur.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/69916


Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub. 1/4 finalda Rusiya idmançısına göz açmağa imkan verməyən Stadnik ilk hissədə qələbəni təmin edərək adını yarımfinala yazdırmaqla yanaşı, Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/699


Türkiyənin İstanbul şəhərinin müxtəlif rayonlarında kompakt məskunlaşmış azərbaycanlılarla bağlı problem yaşanıb. 

BAKU.WS xəbər verir ki, soydaşlarımızdan bir qrupu müxtəlif vaxtlarda saxlanılaraq polis idarələrinə aparılıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin münasibətini bu linkdən oxuya bilərsiniz - https://baku.ws/incident/69940

BAKU.WS