Prezident və ailəsinin iştirak etdiyi tədbirdə qürurverici görüntülər - VİDEO

Prezident və ailəsinin iştirak etdiyi tədbirdə qürurverici görüntülər - VİDEO
Video
Şou-biznes 4160
Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edib.Azərbaycanın dövlət himninin ifası zamanı qürurverici görüntülər ortaya çıxıb. Prezident ailəsi və açılış mərasimində iştirak edənlər himni bir nəfər kimi ifa edib. Sosial şəbəkələrdə yayılan görüntülər insanların rəğbətini qazanıb.

Son xəbərlər