055 213 76 73
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu məlumatların heç bir əsası yoxdur.
“Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adı çəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb.
Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adı çəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb”, - deyə məlumatda bildirilib.
BAKU.WS