SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Azərbaycana gətirilən hibrid və elektrik avtomobillərə görə gömrük güzəşti edilə bilər.

Hibrid avtomobillərin alınması və istismarı daha ucuz başa gəlir ki, bu da Gürcüstanda həmin növ avtomobillərin istifadəsini daha populyar edib.

2016-cı ildən etibarən Gürcüstanda elektromobillərin idxalı ilə bağlı gömrük rüsumu 50% aşağı düşüb. Qonşu ölkədə hibrid və elektrik avtomobillərlə bağlı güzəştlər olsa da, Azərbaycanda belə bir hal mövcud deyil. Ölkəmizə gətirilən hibrid və digər ekoloji təmiz avtomobillərin idxal rüsumlarına gələn ilin dövlət büdcəsi zərfində baxılacaq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/67918


Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? Son aylarda dövlət başçısı tərəfindən əmək pensiyaları ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib, əmək haqqı və pensiyaların minimum məbləğində artımla bağlı qərarlar qəbul olunub. Bu qərarlar növbəti aylardan qüvvəyə minəcək və onların iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən əhalinin gəlirlərinə təsirləri gündəmin əsas müzakirə mövzusudur.

Bundan başqa, Azərbaycan iqtisadiyyatında problemli kreditlərin ümumi kredit portfelində həcminin nəzərdə tutulduğu qədər azalmaması, bank faizlərinin hələ də yüksək olması başlıca problem olaraq qalmaqdadır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/67921


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev müğənni Elnarə Xəlilovaya medal verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/mdniyyt/67924


Bu il Ali məktəblərə keçirilən qəbul imtahanlarında Bakıda yaşayan 1 ailənin 2 övladı uğur qazanıb.

Əhmədli qəsəbəsində yerləşən 245 №-li tam orta məktəbdə təhsil almış əkiz qardaşlar qəbul imtahanlarında yaxşı nəticə göstəriblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/67923


Goranboy sakini Gəncə şəhərində yerləşən xəstəxanada əməliyyat zamanı keçinib.

1981-ci il təvəllüdlü Əliyeva Samirə Yusif qızı ağrılarla Abbas Səhət adına 1 saylı Xəstəxanaya çatdırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/67925


Xəbər verdiyimiz kimi ötən gündən başlayaraq Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yeni formalarda xidmətə başlayıblar.

Yeni formalarda xidmətdə olan yol polislərimizin görüntülərini BAKU.WS-in “qaynar xətti”nə göndəriblər.

Fotolar bu linkdə - https://baku.ws/social/67932

BAKU.WS