SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy sakini Gəncə şəhərində yerləşən xəstəxanada əməliyyat zamanı keçinib.

BAKU.WS
-in bölgə muxbirinin verdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Yusif qızı ağrılarla Abbas Səhət adına 1 saylı Xəstəxanaya çatdırılıb.

Qadın cərrahiyyə əməliyyatı zamanı əməliyyat masasında keçinib. 

Əliyeva Samirə Yusif qızının ölüm səbəbi müəyyən edilib. Məsələ ilə bağlı BAKU.WS-in bölgə muxbirinə açıqlama verən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi Azad Quliyev bildirib ki, qadın çox böyük ehtimalla ürək ritminin pozulması (ürəyin dayanması) səbəbindən ölüb.

"Qadın xəsətəxanaya düz bağırsaq və uşaqlıq yolunun sallanması diaqnozu ilə gətirlib. Əməliyyatdan öncə biz xəstəni müayinə etdik. Lakin rahat şəraitdə ürəkdə olan problemlər elə  bilinmir. Çox böyük ehtimalla S.Əliyeva da daha öncə ürək xəstəliyindən əziyyət çəkib. Gərginlik və bu kimi  digər anlarda ürəkdə ritmin pozulması daha da artır. Əməliyyat zamanı biz ürəyin hərəkətə gəlməsi üçün bütün lazımı tədbirləri etdik. Lakin ürəyin funksiyasını bərpa edə bilmədik. Ekspertizadan sonra qadının ölüm səbəbi tam aydın olacaq"- deyə baş həkim qeyd edib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb.
BAKU.WS