Zelenski ilə Putinin görüşü: Rusiya üçün son şans?

Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə Rusiya-Ukrayna müharibəsi ilə bağlı keçirilən son vacib görüşlərdən bəhs olunub.
Bildirilib ki, Alyaska görüşündə Rusiya tərəfi Ukraynanın Donetsk və Luqansk bölgələrindən tam çıxması şərti ilə müharibənin dayandırılmasını təklif edib. Buna cavab olaraq Ukrayna rəhbərliyi həmin ərazilərdən imtina etməyəcəyini bildirib.
Vurğulanıb ki, Vaşinqton görüşü Volodimir Zelenski üçün simvolik baxımdan önəmli olsa da, konkret zəmanətlərin olmaması Kiyevin arzuladığı nəticəni verməyib.
Qeyd olunub ki, D.Tramp açıq şəkildə V.Putin və V.Zelenski görüşünün mümkünlüyünü elan edib və ABŞ-nin vasitəçi ola biləcəyini deyib. Amma bu ssenari V.Zelenski üçün riskli hesab olunur, çünki Moskva ilə birbaşa masa Kiyevin mövqeyini zəiflədə bilər.
Əlavə olunub ki, Rusiya rəsmiləri "görüşün mümkünlüyünü nəzərdən keçirmək olar" tipli açıqlamalar verərək həm qapını açıq saxlayır, həm də məsuliyyəti üzərlərinə götürmürlər. Avropa liderləri isə atəşkəs olmadan heç bir sülh sazişinin real ola bilməyəcəyini qətiyyətlə bildiriblər.
Oxşar xəbərlər
Bakı Kənar Dairəvi yolunda TƏHLÜKƏ
"Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb. Bu dəfə Bakı Kənar Dairəvi yolundakı işıqlandırma problemi diqqətə çatdırılıb. Xatırladılıb ki, əv...
