Tolikin bu fikirləri etirazla qarşılandı - VİDEO
Xəzər TV-də aparıcılıq edən prodüser Tolik (Əliyev Tarıx) efirdə qadına şiddəti təbliğ edib. Bununla kifayətlənməyən prodüser aparıcısı olduğu "Hər şey daxil" verilişinin canlı yayımında şiddətə haqq qazandırdığı çıxışını "İnstagram" hesabında paylaşıb.
BAKU.WS xəbər verir ki, o, qadınların ərləri tərəfindən döyülməsini normal adlandırıb və qadınları şiddətə boyun əyməyə səsləyib. Ərinin qırmancla döydüyü üç uşaq anası Əfsanənin evdən qaçıb efirə çıxmasını pis nümunə kimi göstərib:
"Xoşqədəm xanımın verilişinə baxdım. Evindən qaçan o üç uşaqlı gəlinə həm haqq qazandırıram, həm də yox. Guya mənim atam anamı döyməyib? Guya sizin atanız ananızı vurmayıb? Hamı qanundan danışır ki, qadını vurmazlar. Əgər qanun hamı üçün eynidirsə, niyə qadına şiddət... (fikrini fitirmir). Necə olur ki, qadınlar əsgər gedib ölməməlidir, amma mən əsgər gedib ölməliyəm.Üç uşaq doğub, ərinin bir silləsinə döyməyib, qaçıb gəlib efirə ki, ay aman qoymayın. Bura açıq vağzal deyil! Ər bir sillə vuran kimi gəlirlər ki, ay aman ərim məni döydü. Ərin səni döydü, qayınananın-qayınatanın, qohumlarının yanına get. Get polisə şikayət et. Amma ictimailəşdirmək el içində rüsvay olmaqdır. Bu dil (əli ilə dilini göstərir) ilanı yoldan çıxarar", - deyən Tolik, bununla da döyülən qadınların səbr edib ər evində oturmağı, ər çörəyi yeməyi məsləhət görüb.
Onun bu fikirləri izləyicilərin etirazına səbəb olub. Tolikə çoxsaylı iradlı şərhlər gəlib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Kütləvi informasiya vasitələri haqqında Qanunun 10-cu Maddəsi zorakılığı və qəddarlığın təbliğatını qadağan edilir. Bu hal kütləvi informasiya azadlığından sui-istifadə kimi dəyərləndirilir.
Oxşar xəbərlər
26 yaşlı üç uşaq anası Əfsanənin yaşadığı dəhşət: Əri qırmancla döyürmüş - VİDEO
17 yanvarda 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayevin itkin düşməsilə bağlı məlu...