Elgizdən ərinin qohumuna qaçan qadına efirdə dəhşətli sözlər: Alçaq qadınsan! - VİDEO

Elgizdən ərinin qohumuna qaçan qadına efirdə dəhşətli sözlər: Alçaq qadınsan! - VİDEO
Video
Şou-biznes 4621

Aparıcı Elgiz Əkbər Quba rayonunda baş verən linç hadisəsində qadını günahlandırıb.BAKU.WS xəbər verir ki, o aparıcısı olduğu "Səhər - səhər" proqramında ölkə mediasını zəbt edən mövzuya toxunub.

E.Əkbər baş verənlərdə həyat yoldaşını və iki uşağını atıb, yaxın qohumuna qoşulub qaçan qadını ittiham edib.

"Bəzi layiqsiz qadınların vicdansız hərəkətlərindən kişilər əziyyət çəkir. Neçə gündür hər kəs bu hadisədən danışır. Oğlan öz əmisi oğlunun həyat yoldaşını götürüb qaçıb. Özünü də öldürdülər. Razıyam, kişinin günahı böyükdür. Bəs bu ləyaqətsiz, alçaq qadın?! Tutaq ki, bu adamın başı xarabdır, psixoloji problemi var, bəs sən - iki uşağın anası, utanıb yerə girmirsən? Hamı kişinin üstünə düşür, bəs qadın? Sən nə qədər ləyaqətsiz, vicdansız, alçaq qadınsan! Heç utanmırsan?"

Xatırladaq ki, oktyabrın 22-də Qubanın Tülər kəndində 26 yaşlı Elşad Əsədov iki uşaq anası və ərdə olan Aynuru qaçırdığı üçün qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülmüş və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölmüşdür.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS

Son xəbərlər