Tolik qohumlarını yıxıb-sürüdü: "Vaxtı ilə məni evlərinə buraxmayanlar..." (VİDEO)
04
yan
2019
09:47
Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil" verilişində valideynlərindən və qohumlarından danışıb. BAKU.WS-in məlumatına görə, Tolik onu valideynlərinə baxmamaqda ittiham edənlərə belə cavab verib: "Mənə hərdən yazırlar ki, bayramda xaricdəsən, get atanın yanına. Təki siz atanıza mənim atama baxdığım kimi baxasınız. Atam ev almışdı. Evin içinin təmirini etdim. İçinə mebelini doldurdum, atama dedim ki, get yaşa. Siz də mənim kimi övlad olun, atanıza baxın, ondan sonra... Anam Almaniyada yaşayır. Buraya gələndə anamı başımın üstündə saxlayıram. 40 yaşım var. Bütün günü atamın qapısında oturan deyiləm. Mənim də öz işim-gücüm var". Qohumlarından bir xeyli giley-güzar edən prodüser bunları deyib: "Qohumlarım atamdır, anamdır, bacılarımdır. Ən yaxınlarım bunlardı. Mən niyə gedib əmimim dayısı oğluna, bibimin nə bilim kiminə baxmalıyam? Onlar mənə vaxtında baxıblar? Hansı gətirib əynimə bir paltar alıb? İndi hamı üçün qohum olmuşam. Vaxtında görərdiniz məni. Vaxtı ilə məni evlərinə buraxmayanlar indi mənə zəng edirlər. Mən sabah ölsəm də, o qohumlar üstümə gəlməsin". BAKU.WS
Oxşar xəbərlər
Tolik Zeynəb Xanlarova ilə bağlı arzusunu dilə gətirdi: Nəyə desə tövbə edərəm, təki razı olsun - VİDEO
Prodüser Tarıx Əliyev efirdə xalq artisti Zeynəb Xanlarova ilə bağlı arzusunu açıqlayıb.BAKU.WS xəbər verir ki, Tolik əfsanəvi sənətkarı öz verilişində görmək i...