Tələbə biletləri yeni formatda hazırlanacaq - VİDEO

03
noy
2018
10:02
Azərbaycanda tələbə biletlərinin, eləcə də təqaüdlərin verilməsi formasının dəyişdirilməsi nəzərdə tutulub. Yeni kart çoxfunksiyalı olacaq.BAKU.WS-in "Xəzər xəbər"ə məlumatına görə, yeni biletlər təkcə tələbələrin universitetdə oxuduqlarını təsdiqləyən sənəd rolunu oynamayacaq. Ondan həm də ödəniş kartı kimi istifadə etmək mümkün olacaq. İstər dövlət, istərsə də tədris müəssisələrinin verdiyi təqaüdlər həmin kartlara köçürüləcək. Bundan başqa, bu vəsiqələrlə tələbələr müxtəlif əməliyyatlar edə biləcəklər.Millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov deyir ki, dünya ölkələrində bu təcrübədən uzun müddətdir istifadə olunur.Tələbələr də çoxfunksiyalı biletlərin tətbiqini müsbət qiymətləndirirlər. Hesab edirlər ki, bu, onların işlərini xeyli rahatlaşdıracaq.Qeyd dedək ki, bu məsələ "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda öz əksini tapıb.BAKU.WS
Oxşar xəbərlər
ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək – VİDEO
Vətəndaşlar pensiya və maaşları plastik kartlarda saxlasa, üzərinə əlavə faiz gələcək.BAKU.WS xəbər verir ki, bu yenilik ötən gün təsdiqlənən "2018-2020-ci illə...
