Yeni kart gəlir: Bolluca güzəştlər var - VİDEO
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Tələbə Gənclər Təşkilatları İttifaqı və Avropa Gənclər Kartı Assossasiyasının birgə layihəsi olan 'tələbə kartı" xeyli marağa səbəb olub.
BAKU.WS-in xəbər verir ki, bildirilir ki, ölkə ərazisində 400-dən artıq obyektdə 10 faizdən 55 faizədək endirim imkanı verən kartın nəqliyyatda da istifadəsi üçün danışıqlar aparılır.
2012-ci ildən etibarən ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə paylanan beynəlxalq tələbə kartının fürsətləri genişləndirilir. Tələbələrə ölkə ərazisində 400-dən artıq obyektdə 10 faizdən 55 faizədək endirim imkanı verən kartın nəqliyyatda da istifadəsi üçün danışıqlar aparılır.
Yeni kartların verilməsi üçün fevraldan sənədlərin qəbuluna başlanılıb. Artıq 4 min-ə yaxın tələbə qeydiyatdan keçərək sənədlərini təqdim edib.
İndiyədək 196 min kart hazırlanaraq pulsuz paylanılıb. Yeni kart hazırlanarkən tələblərin fikri də əsas götürülüb və bu kart əvvəlki kartlardan fərqlənir. Avropa Gənclər Kartı Assossasiyasına üzv olan bu kart vasitəsilə tələbələr Avropanın 37 ölkəsində 80 mindən çox obyektdə də endirimlərdən faydalana biləcəklər.
Kartı bütün kurs tələbləri eləcədə magistrlar təhsil aldıqları universitetlərin tələbə gənclər təşkilatına müraciət edib ala bilər. Kartdan səyahət zamanı otellər və hostellər sifariş etməkdə, ekskursiya və turlarda, mağazalarda, müxtəlif xidmətlərdə istifadə etmək mümkündür.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bolkart Gənc və Bolkart Ailə indi hər kəsə 3 AZN, TƏLƏBƏLƏRƏ isə Bolkart Gənc Debet PULSUZ!
Bank of Baku, "Bolkartla Qazan” aylığı çərçivəsində Bolkart əldə etmək istəyən tələbələrə və bütün şəxslərə geniş imkanlar yaradır. "Tələbə biletini göstər, Bol...