İcra Hakimiyyətindən alınıb BNA-nə verilən parkomatlardan xəbər var
27
sen
2018
14:58
Bakıda avtomobillərin parklanma haqları nağdsız qaydada həyata keçiriləcək.BAKU.WS xəbər verir ki, bu barədə "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib.Sənəddə göstərilib ki, Bakıda parklanmaya görə ödənişləri rəqəmsal formada aparmaq üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.Həmçinin, mobil tətbiqlərin hazırlanması və istifadəyə verilməsi və bu ödənişlərin nağdsız həyata keçirilməsinin təmin edilməsi nəzərdən keçiriləcək.Avtomobillərin parklanma haqlarının nağdsız qaydada həyata keçirilməsinin əsas icraçısı Bakı Nəqliyyat Agentliyi olacaq. Digər icraçılar isə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.BAKU.WS
Oxşar xəbərlər
Bakının bu 11 əsas küçəsində parklanma qadağan ediləcək - VİDEO
Fizuli, Səməd Vurğun, Həsən Əliyev, Bakıxanov da daxil olmaqla paytaxdakı 11 küçə və prospektdə parklanma qadağan ediləcək. Buna səbəb həmin ərazilərdəki parkla...