Bakıda daha bir marşrut kartla olacaq

Bakıda daha bir marşrut kartla olacaq
Sosial 1579
Müntəzəm marşrut xətləri üzrə gediş haqqının “BakıKart” vasitəsi ilə ödənilməsi istiqamətində tədbirlər davam etdirilir.Bakı Nəqliyyat Agentliyi BAKU.WS-ə verilən məlumata görə, bu çərçivədə görülən işlər nəticəsində daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. Belə ki, 17.02.2018 tarixindən 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi-Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcəklər. Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kart oxuma cihazları quraşdırılıb.52 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə edən sərnişinlərin “BakıKart” əldə etməsi, eyni zamanda, balanslarını rahat şəkildə artıra bilməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri işlərin görülməsi təmin edilib.Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsi ilə həyata keçirilir.BAKU.WS

Oxşar xəbərlər

134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib (FOTO)

134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib (FOTO)

Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Bakı Nəq...

1508 Sosial 11:48 19 yanvar 2018

Son xəbərlər