134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib (FOTO)
19
yan
2018
11:48
Fatmayı bağları (Çimərlik) – “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilən 134 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, dəyişikliyə əsasən bu marşrut xətti üzrə avtobuslar Fatmayı bağları (Çimərlik) – “Sədərək” ticarət mərkəzi (son dayanacaq) istiqamətində hərəkət edəcək. Dəyişikliklə əlaqədar olaraq daşıyıcıya sərnişin tələbatına uyğun olaraq marşrut üzrə avtobusların sayının artırılması ilə bağlı göstəriş verilib.Qeyd edək ki, dəyişiklik edilməsinə səbəb 134 nömrəli marşrutun hərəkət sxemi Goradil (Fatmayı) bağları - “Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil edilmiş 108 nömrəli müntəzəm marşrutun hərəkət sxemi ilə (“Azadlıq prospekti” metrostansiyasından Goradil qəsəbəsinə "Dəniz" marketə qədər) 76% (29.68 km) üst-üstə düşməsidir. Məlumat üçün bildiririk ki, eyni səbəbdən 155 nömrəli marşrut xətti isə tamamilə ləvğ edilib. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.21.01.2018 tarixindən 134 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək. Elə həmin tarixdən 155 nömrəli marşrut xətti üzrə avtobusların fəaliyyəti də dayandırılacaq.İmanBAKU.WS
Oxşar xəbərlər
Bakıda daha bir marşrut xəttin hərəkət sxemində dəyişiklik olunub
Əvvəlcədən məlumat verildiyi kimi 13.01.2018 tarixindən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə “BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmə...