Bakının bu 11 əsas küçəsində parklanma qadağan ediləcək - VİDEO

Bakının bu 11 əsas küçəsində parklanma qadağan ediləcək - VİDEO
Video
Video 2366
Fizuli, Səməd Vurğun, Həsən Əliyev, Bakıxanov da daxil olmaqla paytaxdakı 11 küçə və prospektdə parklanma qadağan ediləcək. Buna səbəb həmin ərazilərdəki parklanmanın hərəkətə mane olmasıdır. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, həmin ərazilərdə əsasən qanunsuz parklanma həyata keçirilir. Bu 11 küçədə parkomatlara rast gəlinsə, onların da yeri dəyişdiriləcək.Paytaxtın əsas küçələrində hərəkətə mane olan yerlərdə parklanma qadağan ediləcək.Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri şəhərin əsas arterial damarı hesab edilən 11 küçədə parklanma ilə bağlı vəziyyəti təhlil ediblər. Nəticədə də həmin küçələrdə yol hərəkətinə mane olan yerlərdə parklanmanın qadağan edilməsi barədə qərar qəbul edilib. Bununla bağlı layihə də hazırlanıb.Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin sözlərinə görə, nəqliyyat vasitələrinin nisbətən az olduğu nəzərə alınaraq işlər qarşıdakı yay aylarında həyata keçiriləcək.Sözügedən ərazilərdə parklanmanın qadağan olunması sürücülərin də ürəyincədir.Bununla yanaşı, paytaxtda 74 yol kəsişməsində nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihə də icra ediləcək. Bu çərçivədə müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək.BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin diqqətinə: Parklanma ilə bağlı dəyişiklik edilir

Sürücülərin diqqətinə: Parklanma ilə bağlı dəyişiklik edilir

Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “Yol h...

1885 Sosial 18:30 24 oktyabr 2017

Son xəbərlər