Sürücülərin diqqətinə: Parklanma ilə bağlı dəyişiklik edilir
24
okt
2017
18:30
Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir.Hazırda bu qanuna əsasən, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Bu müddətin bitməsinə 1 saat qalmış İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İXM-nin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati protokol tərtib edilir, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.Qanuna görə, 24 saatın bitməsinə 1 saat qalmış İXM-nin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-ə əsasən, inzibati məsuliyyətə cəlb edilməsi, cərimənin məbləği barədə ödənişsiz SMS məlumatı göndərilir.Bu deyilənlər isə onu deməyə əsas verir ki, bir parklanmanın müddəti 24 saat müəyyən edilibsə, bu vaxt tamam olmamış nəqliyyat vasitəsi istifadəçisinin məsuliyyəti yarana bilməz, ona görə də qanunda dəyişikliklərin edilməsinə ehtiyac var.BAKU.WS
Oxşar xəbərlər
Sürücüləri sevindirən xəbər - "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilir
Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir.BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, bununla ba...