Avtomobillərin parklanması qaydaları dəyişdi - Cərimələr olacaq (VİDEO)
Parklanma yerlərində ödəniş etmədən dayanan, həmçinin digər qaydaları pozan sürücülər 10 manat cərimə ediləcəklər.
Avtomobillərin parklanması qaydaları dəyişib. Bununla bağlı "Yol hərəkəti haqqında" qanununda dəyişikliklər edilib.
Bununla bərabər, əlillər üçün nəzərdə tutulan yerlərdə avtomobili park edənlər də cərimələnəcəklər.
Habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanması da qadağan edilir. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə isə avtomobilin sahibi 20 manat məbləğində cərimə ediləcək.
Ekspert Ərşad Hüseynovun fikrincə, yeni qaydaların tətbiqi parklanma sisteminin tamamilə yenilənməsi deməkdir. Bu sahədə olan bir sıra neqativ hallara da son qoyula bilər.
Yeni qaydaların iyulun birindən qüvvəyə minəcəyi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Əlil sürücülər üçün qaydalar sərtləşdi
Ötən ilin dekabrın 16-da "Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklər bu gündən etibarən qüvvəyə minib. BAKU.WS Avtosfer.az-a istinadən xəbər verir ki, q...