Sürücülük vəsiqələri yeni qaydalarla veriləcək (VİDEO)
Sürücülük vəsiqələrinin alınması ilə bağlı yeniliklər edilə bilər. Milli Məclisdə ''Yol hərəkəti haqqında'' qanuna dəyişikliklər edilməsi gözlənilir.
Belə ki, ilk dəfə sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq.
Bundan əlavə sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət də gücləndiriləcək.
Daha bir yenilik ondan ibarətdir ki, Azərbaycan vətəndaşı xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsiləri ilə bağlıdır.
Maraqlı məqam ondan ibarətdir ki, xaricdə alınmış sürücülük vəsiqənin dəyişdirilməməsinə görə hansısa cərimə nəzərdə tutulmur. Məqsəd bütün sürücülərin vəsiqələrindəki məlumatların informasiya sisteminə uyğunlaşdırmaqdır.
"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Yenilik: Azərbaycanda bu sürücülük vəsiqəsi ilə yalnız bir ay maşın sürmək olar
Azərbaycan ərazisində xarici ölkələrə məxsus sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar tətbiq olunur, xarici sürücülük vəsiqələrinin bir ay müddətinə istifad...