Ramiz Mehdiyevin nəvəsinin toyu oldu - VİDEO

Ramiz Mehdiyevin nəvəsinin toyu oldu - VİDEO
Video
Video 9699

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə yalnız qohumlar və ailənin yaxın dostları iştirak edib.

Videodan görünür ki, ofisiant maska taxsa da, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

Oxşar xəbərlər

Azərbaycan özünü gigiyenik və qoruyucu vasitələrlə tam olaraq təmin edir

Azərbaycan özünü gigiyenik və qoruyucu vasitələrlə tam olaraq təmin edir

Dünyanı cənginə alan koronavirus bu ilin fevral ayının sonlarında demək olar ki, Azərbaycanın qonşu ölkələrində yayılmağa başladı. Çox təəssüflər olsun ki, bu b...

145 Sosial 15:25 23 iyun 2020

Son xəbərlər