Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO)
20
fev
2019
12:43
Dünən Moskvada Azərbaycan və Çeçenistan rəsmiləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfindən Rusiyadakı səfirimiz Polad Bülbüloğlu Çeçenistan tərəfindən isə prezident Ramzan Kadırovun köməkçisi Adam Delimhanov iştirak ediblər.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident otelində baş tutan görüşdə çağırılmamış qonaq isə Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov olub.O və tərəfdaşları həmin məkandan uzaqlaşdırılıblar. Bu barədə Rusiya İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, azərbaycanlı jurnalist Fuad Abbasov məlumat yayıb.Onun sözlərinə görə, A.Kərimov tədbirdə ermənilərin mövqeyini qorumağa çalışıb: "Biz bilirik ki, Ağadadaş Kərimovun həyat yoldaşı ermənidir, qızını da erməniyə ərə verib. Bəlkə də evində də erməni dilində danışır. Bu, onun şəxsi işidir. Amma Moskva azərbaycanlılarına Kərimovun rəhbərlik etməsinə hamımız birlikdə qarşı çıxmalıyıq. Onun vəzifəsindən azad edilməsi üçün hüquqi prosedurlar başlamalıdır".BAKU.WS
Oxşar xəbərlər
Zabit Səmədov Azərbaycan və Çeçenistan arasındakı görüşdən danışdı: "Biz qardaş millətlərik" (VİDEO)
Xəbər verdiyimiz kimi, azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmadan sonra Moskvadakı "Prezident" oteldə Azərbaycan və Çeçenistan rəsmilərinin gör...