Qayda pozan velosipedçilərə qarşı reyd keçirilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə piyada və velosipedçilərə qarşı reyd keçirilib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bununla bağlı Kürdəmir rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.
Keçirilən reydin əsas məqsədi velosiped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsinə eləcə də piyadaların piyada keçidindən düzgün istifadə etməsinə nəzarətin gücləndirilməsidir.
Gələcəkdə velosipedçilərin və piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün həmin şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb.
Eyni zamanda polis əməkdaşları hər bir velosiped istifadəçisinə və piyadalara koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə geniş məlumat verib, onlara tibbi maskalar paylanılıb.
Bu kimi reydlərin Kürdəmir rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən rayon ərazisində mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, son vaxtlar rayon ərazisində piyada və velospedçilərin iştirakı ilə olan qəzalarda ölüm halları xeyli artıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...