Qatarla aeroporta getmək mümkün olacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmiryolu xətti çəkiləcək. Bakı Dəmiryolu Vağzalını aeroportla birləşdirəcək bu xəttin uzunluğu 25 kilometr olacaq
BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, artıq Azərbaycan Hava Yolları" QSC rəhbərliyi ilə razılığa gəlinib. İlk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsi nəzərə alınacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Minskin "Stadler" zavodundan aldığı iki qatarın istifadəsi nəzərdə tutulur.
Dəmiryolunun qurulması zamanı aeroport daxili yollarla kəsişmədə hərəkət edən avtomobillərin hərəkət marşurutu dəyişdiriləcək. Layihəyə görə dəmiryolunun keçəcəyi sahədə heç bir tikili plana düşməyəcək. Nadir Əzməmədfov deyir ki tariflər haqqında danışmaq isə hələ tezdir.
BAKU.WS
Oxşar xəbərlər
Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi 27% artıb
Bu ilin iyul ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 391 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur....