Devalvasiyadan sonra qatar biletləri də bahalaşdı
"Azərbaycan Dəmir Yolları" QSC beynəlxalq istiqamətlər üzrə dəmiryolu qiymətlərini artırıb.
BAKU.WS-in məlumatına görə, bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, qiymətlər manatın ikinci devalvasiya dalğası ilə əlaqədar dəyişib.
N.Əzməmmədovun sözlərinə görə, Azərbaycan ərazisində biletlər manatla satılır, lakin Rusiya, MDB və Baltikyanı ölkələr arasındakı dəmiryolu nəqliyyatında gediş haqqının hesablanması zamanı tarif valyutası İsveçrə frankıdır: "İsveçrə frankının məzənnəsinin dəyişməsindən asılı olaraq dəmiryolu qiymətləri avtomatik dəyişir".
Bakıdan qatarlar beynəlxalq istiqamətlər üzrə Tbilisi, Moskva, Xarkov, Tümen və Rostova hərəkət edir.
BAKU.WS
Oxşar xəbərlər
Bakı-Tbilisi qatarına biletlər bahalaşdı
Vətəndaşlar dövlət kassalarında biletlərin praktik olaraq ikiqat qiymət qalxmasından şikayət edirlər. BAKU.WS bildirir ki, bu gün Gürcüstanın paytaxtına dəmir...