Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi 27% artıb
Bu ilin iyul ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 391 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ümumilikdə, 2016-cı ilin ötən yeddi ayı ərzində Bakı hava limanı 1,69 milyon sərnişinə xidmət göstərib. Bu müddət ərzində hava limanının yük terminalı vasitəsilə 8,9 milyon ton yük daşınıb ki, bunun da 88%-i yüklərin, 12%-i isə poçt göndərişlərinin payına düşür.
Hava limanının sərnişin dövriyyəsinin əsas artımı beynəlxalq aviadaşımaların hesabına baş verib. "Azərbaycan Hava Yolları”nın daxili reyslərindən 302 sərnişin istifadə edib (2015-ci il illə müqayisədə 8% artım). Həmin sərnişinlərin 292 mini Bakı-Naxçıvan marşrutunun payına düşür.
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat Bakıdan İstanbula, Moskvaya və Dubaya olub. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və BƏƏ hava yolları ümumilikdə il ərzində bu istiqamətlərdə təqribən 800 min sərnişin daşıyıb. Türkiyənin məşhur kurortları olan Antalya, Bodrum, İzmir və Dalamana sərnişin dövriyyəsi bu il ərzində 56,5 min nəfər təşkil edib.
Heydər Əliyev adında Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən xidmət keyfiyyətinə görə AZAL 4 ulduza layiq görülüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı il ərzində 9 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub.
BAKU.WS
Oxşar xəbərlər
İstanbuldakı terrordan sonra Heydər Əliyev adına Hava Limanında təhlükəsizlik tədbirləri artırıldı
İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror aktından sonra Bakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirlə...