Qarabağ qazisinin çıxışı Mehriban Əliyevanı kövrəltdi – VİDEO
02
fev
2019
09:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi tədbirdə çıxış edən K.Musəvi Prezident, Ali Baş Komandanın "İrəli” əmrinə qazilərin də hər an hazır olduğunu bildirib. “Ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər, yetər ki, müstəqil Azərbaycanımız var olsun”. BAKU.WS xəbər verir ki, bunu fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı Qarabağ qazisi, baş leytenant Kamil Musavi deyib. Kamil Musəvinin çıxışı Birinci vitse-prezident mehriban xanım Əliyevanın da duyğulanmasına səbəb olub. K.Musavi bildirib ki, Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir: "Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc vətənpərvər olmalıdır, Vətənini sevməlidir.Vətənpərvər olmaq təkcə hərbi forma geyinib hərbçi olmaq deyil. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil". O qeyd edib ki, hər bir insanın vətənpərvərliyi öz sahəsində Vətəninə, xalqına, millətinə vicdanla xidmət etməsidir: "Mən bu gün burada həm Azərbaycan Ordusunu, həm Qarabağ qazilərini təmsil edirəm. Bildirmək istəyirəm ki, biz hər zaman döyüş əhval-ruhiyyəsi ilə yaşayırıq. Biz hər zaman öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək arzusundayıq. Cənab Baş Komandan, bir zamanlar hücum əmri sanki yaddaşımızdan silinmişdi. Amma Aprel döyüşlərində gözlənilməyən anda Sizin “İrəli” əmri verməyiniz cəsarətli qərarlarınızdan oldu.Siz çıxışlarınızın birində belə bir fikir söyləmişdiniz: “Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq”.Bu fikirlərinizi dünyaya sübut etmək və öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Azərbaycanın qeyrətli oğulları Sizin “İrəli” əmrinizə hazırdır. Möhtərəm cənab Prezident, “İrəli” əmri verdiyiniz zaman biz qazilər də bu əmrdən kənarda qalmayacağıq. Düzdür, kimlərsə düşünər ki, bədənin hər hansısa bir üzvünü itirmiş insanlar necə döyüşə bilər?Amma ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər. Yetər ki, xalqımız yaşasın, yetər ki, müstəqil Azərbaycanımız var olsun".Xatırladaq ki, Musavi Kamil İbadət oğlu 1990-cı ildə Qazax rayonunda anadan olub. O, Firdovsi Umudovun dəvəti ilə sərbəst güləş üzrə Azərbaycan yığma komandasına cəlb edilib, bir sıra qələbələrə imza atıb. Xeyli müddət yığma komandada olduqdan sonra hərbçi olmaq qərarını verib.Özü bu haqda deyir ki, Firdovsi Umudov bizi orda sadəcə idmançı kimi yox, həm də əsgər kimi yetişdirirdi. Xüsusən də bayraq qaldırmaq mərasimləri sanki məni hərbi sahəyə doğru itələyirdi və belədə oldu.Kəşfiyyat qrupunun komandiri vəzifəsini icra edən Kamil Musəvi 2015-ci il oktyabr ayının 12-də gecə saat 23:46-da Talışkənd istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman bir gözü və ayağından yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı olan Musəvi "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı və "General Həzi Aslanov" medalları ilə təltif edilib.BAKU.WS
Oxşar xəbərlər
Prezident və birinci xanım Ağdam rayonuna səfərə gəliblər
Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər.Prezident İlham Əliyev və birinci xanım Mehrib...