Qanunsuz tikintilərin qarşısı alındı - VİDEO

Qanunsuz tikintilərin qarşısı alındı - VİDEO
Foto Video
Video 237

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, agentliyin mütəxəssisləri tərəfindən Qobustan şəhəri, Bakı-Şamaxı yolunun 91-ci km-də yerləşən “Koneç” adlanan ərazidə vətəndaşa məxsus torpaq sahəsində qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Qobustan Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Bundan əlavə, Agentliyin mütəxəssisləri tərəfindən Cəlilabad şəhəri, Qurtuluş küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Məsələ ilə bağlı Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Son xəbərlər