Prezidentlər koronavirusa görə nazirlərlə əl ilə görüşmədi - VİDEO

Prezidentlər koronavirusa görə nazirlərlə əl ilə görüşmədi - VİDEO
Video
Video 2708

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.

BAKU.WS xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Bu təqdim olunma zamanı nümayəndə heyətinin üzvlərinin əl ilə salamlaşmaması diqqət çəkib.

Bu addımın koronavirusla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində atıldığı istisna olunmur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər