Polis analarından müraciət: Oğullarımızı təhqir etməyin - VİDEO

Polis analarından müraciət: Oğullarımızı təhqir etməyin - VİDEO
Video
Video 8733
Sosial şəbəkələrdə bir neçə polis valideyninin video müraciəti yayılıb.BAKU.WS Azvision.az-a istinadla xəbər verir ki, öz doğma torpaqlarından məcburi köçkün düşmüş polis valideynləri asayiş keşikçilərinin Vətənə ləyaqətlə xidmət etdiyini deyiblər. 1990-ci illərdəki vəziyyəti xatırladan məcburi köçkünlər, o zaman insanların ölkə ərazisində rahat şəkildə gəzə bilmədiyini söyləyib, indiki əmin-amanlığın polis əməkdaşları sayəsində qorunduğunu diqqətə çatdırıblar."Vətən üçün layiqli övladlar böyütmüşük. Azərbaycanın keşiyində duran polislərimiz Qarabağın işğaldan azad olunması üçün canlarından keçməyə hazırdılar" - deyə məcburi köçkünlər vətəndaşları Azərbaycan polisinə sayğı ilə yanaşmağa çağırıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər