Pensiyaçılara ŞAD XƏBƏR: yeni konsepsiya hazırlanır - VİDEO

11
mar
2019
21:45
Hazırda 5 minə yaxın insanın pensiya təyinatı avtomatik qaydada aparılır. Ölkədə 1 milyon 300 min insanın pensiya aldığını nəzərə alsaq bu rəqəmin yüksək olmadığını söyləyə bilərik. Avtomatlaşdırmanın əhatə dairəsini genişləndirmək üçün yeni pensiya konsepsiyası hazırlanır. BAKU.WS-in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov yeni konsepisyanın detallarını "XəzərXəbər”lə bölüşübÖlkəmizdə pensiya sistemının proqnozlaşdırılması üzrə yeni konsepsiya hazırlanacaq. Bu konsepsiya 2030, 2040, 2050 və sonrakı illər üçün Azərbaycanın pensiya sistemini proqnozlaşdıracaq. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, konsepsiya ölkənin pensiya sistemində islahatlar çərçivəsində hazırlanır.Məlumata görə Azərbaycanda pensiya sistemininbeynəlxalq praktikada geniş tətbiq edilən daha iki səviyyəsi tətbiq ediləcək. Anar Kərimov qeyd edib ki, yeni konsepisya bu sahədə elektronlaşdırma işlərinin genişləndirilməsini nəzərdə tutur.Anar Kərimov vurğulayıb ki, konsepsiyaya uyğun olaraq pensiyanın avtomatik təyinatının əhatə dairəsi genişlənəcəyindən ciddi təhlillər aparılacaq. Çünki elə peşə sahibləri var ki, onların pensiya təyinatını işləyib hazırlamaq elə də asan deyil.Yeni konsepisyanın bu ilin sonuna qədər hazır olanacağı nəzərdə tutulub.BAKU.WS

Oxşar xəbərlər
Sahil Babayev: “İstənilən şəxs özəl pensiya sistemi yarada bilər”
"Özəl pensiya sistemlərinin yaradılması ilə bağlı qaunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Bununla əlaqədar istənilən şəxs müraciət edə bilər"BAKU.WS azvis...