Onlar 2018-ci ilin dünya göz açan ilk körpələridir (VİDEO)
02
yan
2018
10:22
Yeni il bir sıra ailələr üçün ikiqat sevincə səbəb olub. Bu sevincin mənbəyi 2018-ci ilin ilk saatlarında dünyaya gözlərini açan körpələrdir.Onlar 2018-ci ilin dünya göz açan ilk körpələridir. Valideynlərinin sevincinin isə həddi hüdudu yoxdur.İlk gününü yaşadığımız yeni ildə Azərbaycanın ilk körpəsi Goranboy Mərkəzi Xəstəxanasında dünyaya göz açıb. Təqvim ili yenilənən kimi Goranboyda 2 ailəninin bayramı-bayrama qarışıb. Doğulan uşaqlardan biri qız, digəri isə oğlandır.Yeni ilin ilk saatlarında Bərdədə də 4 oğlan uşağı doğulub. Rayon sakinləri Həmidli Elnarə, Orucova Gülşən, Xudayeva Aysel və Mustafayev Şəbnəm Rayon Mərkəzi Xəstəxanasında oğlan uşaqları dünyaya gətirib.Doğulan uşaqlarin çəkisi 3 kq -dan artıqdır. Xəstəxanadan ana və uşaqların vəziyyətinin normal olduğunu bildiriblər.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni il bayramı ilə əlaqədar 5 gün tətil başlayır
Sabahdan Azərbaycanda yeni il bayramı ilə əlaqədar 5 gün tətil başlayır. BAKU.WS-in məlumatına görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi...