Azərbaycanda vaqonda yaşayan məcburi köçkünün üçəm qızı oldu: Mehriban, Leyla və Arzu

Azərbaycanda vaqonda yaşayan məcburi köçkünün üçəm qızı oldu: Mehriban, Leyla və Arzu
Sosial 5993
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında gənc ananın 3 övladı dünyaya gəlib.APA-nın yerli bürosunun xəbərinə görə, Kəlbəcər rayonundan məcburi köçkün olan və 1993-cü ildən bəri Mingəçevir şəhərində vaqon evdə yaşayan Vüsal Mamedovun ailəsində dünyaya gəlmiş körpələrin hər üçü qızdır.Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində 10 dəqiqə fasilə ilə doğulub. İlk doğulan qızın çəkisi 1 kq 900 qram, sonrakı uşağın çəkisi 1 kq 700, üçüncü körpənin çəkisi isə 1 kq 600 qram olub. Üçəmlərin və onların anası, 1987-ci il təvəllüdlü Mamedova Fəxriyyə Zahid qızının vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır. Valideynlər körpələrə Mehriban, Leyla və Arzu adlarını verib. Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir qız övladı da var.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd edib

Azərbaycanda sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd edib

Mingəçevir Dövlət Univertsitetinin (MDU) tələbəsi sevdiyi oğlandan ayrıldığına görə intihara cəhd edib.BAKU.WS xəbər verir ki, "Report"un Şirvan bürosunun məlum...

2013 Hadisə 14:09 23 oktyabr 2017

Son xəbərlər