Azərbaycanda sevdiyi oğlandan ayrılan tələbə intihara cəhd edib
23
okt
2017
14:09
Mingəçevir Dövlət Univertsitetinin (MDU) tələbəsi sevdiyi oğlandan ayrıldığına görə intihara cəhd edib.BAKU.WS xəbər verir ki, "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Zərdab rayonundan olan tələbə qızın kirayə yaşadığı evdə baş verib.Belə ki, 1999-cu il təvəllüdlü K.Z yaşadığı evdə çoxlu sayda dərman pereparatları qəbul edərək özünü öldürmək istəyib. Onunla birlikdə kiraydə qalan digər tələbələr dərhal K.Z-ni Mingəçevir Şəhər Xəstəxanasına çatdırıblar.Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, K.Z-nin müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.Faktla bağlı araşdırmalara başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Lənkəranda telefon üstündə əri ilə dalaşan qadından GÖZLƏNİLMƏZ ƏMƏL
Lənkəran rayonunda qadın özünü qatarın altına ataraq intihara cəhd edib.BAKU.WS xəbər verir ki, "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vel k...