Lənkəranda telefon üstündə əri ilə dalaşan qadından GÖZLƏNİLMƏZ ƏMƏL
29
avq
2017
16:23
Lənkəran rayonunda qadın özünü qatarın altına ataraq intihara cəhd edib.BAKU.WS xəbər verir ki, "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb.Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Aida Cəlil qızı Əlizadə özünü qatarın altına ataraq öldürmək istəyib. İntihara cəhd edən qadın 4 uşaq anasıdır və o, uşaqları ilə vidalaşaraq evdən çıxıb. Ağır bədən xəsarətləri alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.İntihara cəhd edən qadının əri Rəvan Əlizadə "Report"un Cənub bürosuna bildirib ki, arvadı ondan gizlin mobil telefon işlətdiyi üçün aralarında mübahisə olub:"Arvadıma mobil telefon işlətməyi qadağan etmişdim. Dörd gün bundan əvvəl gördüm ki, məndən xəbərsiz mobil telefon alıb və gizlin işlədir. Buna görə də mübahisə etdik. Bu gün evdən çıxanda mənə dedi ki, anasıgilə gedəcək. Mən nəbilim ki, gedib özünü qatarın altına atar?"BAKU.WS
Oxşar xəbərlər
Mingəçevirdə hamilə qadın özünü maşının altına atdı
Mingəçevir şəhərində hamilə qadın özünü maşının altına ataraq intihara cəhd edib. BAKU.WS-in məlumatına görə, hadisə şəhərin Samux küçəsi ərazisində baş verib....