Sevgilisindən ayrılan qız özünü asaraq intihara cəhd edib

Sevgilisindən ayrılan qız özünü asaraq intihara cəhd edib
Hadisə 1298

 

Şabran rayonunda sevgilisi ilə mübahisə edən qız özünü asaraq intihara cəhd edib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə şəhərin Rəşid Behbudov küçəsində yerləşən, Fərhad Ömər oğlu Əkbərova məxsus evin ikinci mərtəbəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda ailəsilə kirayədə yaşayan, Quba rayonunun Bərqov kənd sakini, 24 yaşlı Səma Həmid qızı Məmmədova özünü evin 2-ci mərtəbəsində iplə asaraq intihar etmək istəyib. Ailə üzvləri vaxtında bunu bildiyindən Səmanı xilas edib və ona ilkin tibbi yardım göstərilib.

Məlumata görə, S.Məmmədova özünü Aqşin adlı sevgilisindən ayrıldığı üçün özünü öldürmək istədiyini deyib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dəhşət: 13 yaşlı uşaq özünü öldürdü

Azərbaycanda dəhşət: 13 yaşlı uşaq özünü öldürdü

Goranboy rayonunda intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 2004-cü il təvəll...

3137 Hadisə 10:56 31 may 2017

Son xəbərlər