Natiq Qasımovun anası: "Dedim, ay Allah, nə gözəl axşamdır" - VİDEO

"Qonşu zəng edib xəbər verdi ki, Natiq Qasımova "Milli Qəhrəman" adı verilib. İnanmadıq, mən özümü itirdim. Bir anlıq həyəcan keçirdim, amma evdə heç kəsə bildirmədim. Bir az keçəndən sonra inanmağa başladım. Dedim, ay Allah, nə gözəl axşamdır".
Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova deyib.
Dursun Qasımova Prezident İlham Əliyevin onun oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı Sərəncam imzalamasına görə dərin minnətdarlığını bildirib:
"Sevincimin həddi-hüdudu yoxdur. Oğlum təkbaşına ac-susuz vuruşub, çox qəhrəmanlıqlar göstərib. Həmişə bu günün gələcəyinə ümidimiz var idi. Allah Prezidentimizin canını sağ etsin, ona təşəkkürümü bildirirəm".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
55 obyektdə pozuntular aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...
