MTRŞ-dan ATV-dəki vulqar ifadəyə münasibət - VİDEO
27
okt
2018
09:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün ATV telekanalının efirində yayımlanan "Təhminə və Zaur" serialında yer alan biabırçı dialoq müzakirələrə səbəb olub. BAKU.WS-in məlumatına görə, filmdə Zaur rolunun ifaçısı Cövdət Şükürovla Sadiq rolunun ifaçısı və aktyor Elçin Muradovun arasında baş tutan dialoq zamanı vulqar ifadədən istifadə edilib. Biri o birinə "Düzələcək? Heç nə düzəlməyəcək. P*x olacaq hər şey" sözlərini deyib. Efirdə bu cür ifadələrin işlədilməsinin nə qədər uyğun olub-olmadığına münasibət öyrənmək üçün MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovla əlaqə saxladıq. Şöbə müdiri BAKU.WS-ə açıqlamasında bildirdi ki, hələ məsələdən xəbərsizdir: "Axşam saatlarında efirə gedən veriliş və serialların monitorinqi növbəti gün keçirilir. Əgər ehtiyac yaranarsa bu məsələyə bazar ertəsi günü münasibət bildirəcəyik". Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
MTRŞ efirlərdəki ucuz şoularla bağlı: Ciddi müzakirə aparılacaq
Son günlər ölkə telekanallarında yayımlanan verilişlər sərt tənqid olunur.BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə kanallarda yayımlanan ucuz şou və mənasız s...