Meyitdən orqan köçürülməsi niyə yubanır? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bundan sonra Azərbaycanda da meyitlərdən orqan köçürülməsi əməliyyatı baş tutacaq. Bununla bağlı Prezidentin 2020-ci ildə verdiyi fərman və 1 yanvar 2022-ci ildən qüvvəyə minən qanun var.
Əslində, Prezidentin fərmanından sonra koordinasiya mərkəzi yaradılmalı, donor orqanların idxal və ixracı əməliyyatlarına tam hazır olmalı idik.
Bəs bütün bunların həyata keçirilməsinə nə mane oldu?
Deputat Məlahət İbrahimqızının sözlərinə görə, koronavirus pandemiyası və 44 günlük Vətən müharibəsi səbəbindən son iki ildə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta və TƏBİB-in ciddi qayğıları görüləcək işləri təxirə saldı.
Cərrah Mircəlal Kazımi deyir ki, indi koordinasiya şurasının, daha sonra etika komissiyasının yaradılmasına, beyin ölümü diaqnozu qoyan heyətin təsdiq olunmasına ehtiyac var.
Ölkədə vahid mərkəzi sistem yaradılmalıdır ki, həm donor, həm də orqana ehtiyacı olan insanlar hara müraciət edəcəklərini bilsinlər.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...