Maştağa təcili yardım stansiyasını su basdı - VİDEO

Maştağa təcili yardım stansiyasını su basdı - VİDEO
Video
Video 249

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 14 saylı Təcili Tibbi Yardım Stansiyasının tikilisi bərbad vəziyyətdədir.

Bu barədə stansiyanın əməkdaşları BAKU.WS-ə şikayətlərində bildiriblər. Qeyd edilir ki, yağış yağan kimi stansiyanın həyətini və içərini su basır.

Həkimlər üçün şərait yoxdur. Stansiyanın maşınlarını saxlamağa yer olmur. Hər yağış yağan kimi vəziyyət belə olur.

Məsələ ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun şöbə müdiri Ədalət Teymurov BAKU.WS-ə açıqlamasında bildirdi ki, məsələdən xəbərdardılar.

“Hazırda əməkdaşlarımız oradadır. Vəziyyəti qiymətləndirirlər. Lazımi tədbirlər görüləcək”, - deyə Ədalət Teymurov bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər